sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Makron və Starmer Ukrayna ilə bağlı qarantiya bəyannaməsi imzalayıb

7-01-2026, 10:27 11 dəfə baxılıb

Makron və Starmer Ukrayna ilə bağlı qarantiya bəyannaməsi imzalayıb


Fransa, Böyük Britaniya və Ukrayna liderləri Parisdə atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün davamlı sülh üçün etibarlı zəmanətlər verməklə əhəmiyyətli irəliləyiş əldə etdik". O bildirib ki, bu zəmanətlər Rusiya ilə Ukrayna arasında hər hansı bir sülh müqaviləsinin gələcəkdə pozulmayacağına zəmanət verir.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov isə sosial mediada yazıb ki, Ukraynada davamlı sülhün qurulması üçün güclü təhlükəsizlik zəmanətləri. rifaha sadiqlik vacibdir. “Bbiz buna nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik”, - o vurğulayıb.

Uitkov onu da əlavə edib ki,  Amerika və Avropa tərəflərinin yanvarın 7-də Ukrayna nümayəndə heyəti ilə müzakirələri davam etdirəcək. "Yaxın gələcəkdə daha böyük müsbət irəliləyiş əldə etməyi ümid edirik", - o qeyd edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO