12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI
12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
İranda sərgidə nümayiş etdirilən robotlar insan imiş - Video
25-11-2025, 09:18
53 dəfə baxılıb
İranın Kiş şəhərində keçirilən “Kiş İnox” sərgisindən paylaşılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, həmin kadrlarda humanoid robotları xatırladan fiqurların hərəkət etməsi izləyiciləri çaşdırsa da, araşdırmalar göstərib ki, görüntülərdəki robotlar heç də süni intellekt məhsulu deyil.
Belə ki, həmin fiqurlar xüsusi makiyaj və mexaniki yeriş texnikaları ilə robotları təqlid edən real insanlardır.
Videonu diqqətlə analiz edərkən üzdəki sızanaqların, dəri teksturası və jestlərdəki detalların insana aid olmasını görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: