sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Paşinyandan qəribə qadağa: Komanda üzvlərinə “boşanmaq olmaz” əmri verildi

13-11-2025, 15:30 15 dəfə baxılıb



Erməni mediası baş nazir Nikol Paşinyan haqqında sensasion məlumat yayıb.

İddialara görə, Paşinyan rəsmi şəkildə evli olmasa da, komandasındakı siyasətçilərə boşanmağı qəti şəkildə qadağan edib.

Nəşrin məlumatına görə, yaxın günlərdə Paşinyanın tərəfdarlarından biri ona müraciət edərək ailə həyatını bitirmək və yeni səhifə açmaq istədiyini bildirib. Lakin Paşinyan buna razılıq verməyib.

Səbəb kimi isə qəribə arqument göstərilib: guya “Vətəndaş Müqaviləsi” partiyasında boşanma limiti artıq dolub, yəni son vaxtlar partiya üzvləri arasında boşanmaların çoxalması ictimai rəydə hakimiyyətin ailə dəyərlərinə laqeydliyi barədə fikir yaradıb.

Paşinyan tərəfdarına belə deyib:

“Artıq heç kim boşana bilməz. Partiyanın nüfuzu daha da düşə bilər.”

Məlumat Ermənistanda geniş müzakirələrə səbəb olub və Paşinyanın “şəxsi həyata müdaxiləsi” kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO