sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

Netanyahu və müşaviri arasında Qəzza böhranı istefa ilə bitdi

22-10-2025, 08:59 22 dəfə baxılıb

Netanyahu və müşaviri arasında Qəzza böhranı istefa ilə bitdi


İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Qəzza müharibəsi zamanı aparılan siyasətlə bağlı fikir ayrılıqları barədə yayılan xəbərlərdən sonra milli təhlükəsizlik üzrə müşaviri Tsaxi Hanegbini vəzifəsindən azad edib.

Bu barədə "Times of Israel" məlumat yayıb.

Məlumata görə, “Likud” partiyasının uzunmüddətli və yüksək vəzifəli üzvü olan və 1990-cı illərdən etibarən nazir vəzifəsində çalışmış Hanegbi, Netanyahunun yayda Qəzza şəhərinə qoşun yeritmək planına, eləcə də ötən ay Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirilən, lakin uğursuzluqla nəticələnən hücuma qarşı çıxıb.

Hanegbinin müavini Gil Rayx dərhal İsrail Milli Təhlükəsizlik Şurasının müvəqqəti rəhbəri və milli təhlükəsizlik müşaviri vəzifələrini icra edəcək.

Netanyahu yaydığı bəyanatda Hanegbiyə xidmətlərinə görə təşəkkür edib və ona “gələcək fəaliyyətində böyük uğurlar və möhkəm sağlamlıq” arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO