sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Türkiyədə keçmiş deputat Ərdoğanı təhqir etmək ittihamı ilə həbs olunub

8-10-2025, 10:18 20 dəfə baxılıb

Türkiyədə keçmiş deputat Ərdoğanı təhqir etmək ittihamı ilə həbs olunub


Prezidenti təhqir etməkdə ittiham edilərək saxlanılan AK Partiya keçmiş millət vəkili Hüseyn Kocabıyık gətirildiyi məhkəmədə barəsində həbs qərarı çıxarılıb.

AK Partiya və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə açıqlamaları ilə gündəmə gələn keçmiş AK Partiya İzmir sabiq millət vəkili Hüseyn Kocabıyık sosial media hesabından paylaşım edərək nəzarətə alındığını açıqlayıb.

İstanbul Prokurorluğu tərəfindən prezidenti təhqir etmək ittihamı ilə istintaqa cəlb edilən Kocabıyık Ankara Ədliyyəsinə göndərilib.

İfadə prosesinin ardınca Kocabıyık məhkəməsi tərəfindən həbs edilib.

Hüseyn Kocabıyık 1995-1999-cu illərdə 53-cü, 54-cü və 55-ci hökumətlərdə baş nazirin baş müşaviri vəzifəsində çalışıb.

2013-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin baş katibi olub. “Sabah” və “Yeni Asır” qəzetlərində yazıçı işləyib. 2014-2015-ci illərdə Turkuvaz Medianın Ege təmsilçisi vəzifəsində çalışıb. Türkiyə Böyük Millət Məclisinin 25 və 26-cı çağırışlarında İzmirdən millət vəkili olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO