19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi
10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
09:00 – Azərbaycanda Anım Günüdür!
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
25-07-2026, 09:02
45 dəfə baxılıb
Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Gədəbəy rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan, eyni zamanda ictimai narazılığa səbəb olan sürücülər müəyyən ediliblər.
Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib. Sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etmələrinin vacibliyi izah olunub və barələrində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
Qeyd edək ki, hadisə toy karvanında qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: