sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Netanyahudan Fələstinin müstəqilliyini tanıyanlara: Cavabı gözləyin!

22-09-2025, 11:09 38 dəfə baxılıb

Netanyahudan Fələstinin müstəqilliyini tanıyanlara: Cavabı gözləyin!


İordan çayının qərbində Fələstin dövləti olmayacaq.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu Kanada, Böyük Britaniya və Avstraliyanın Fələstin dövlətini tanımasına cavab olaraq videomüraciətində deyib.

“Oktyabrın 7-dəki dəhşətli qırğından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz. Sizə daha bir mesajım var: bu baş verməyəcək. İordan çayının qərbində Fələstin dövləti olmayacaq. İllərlə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük təzyiqlərə baxmayaraq, bu dövlətin yaradılmasının qarşısını almışam. Biz bunu qətiyyətlə və siyasi müdrikliklə etdik. Bu vaxt biz İudeya və Samariyada yəhudi məskənlərini ikiqat artırdıq və bu kursu davam etdirəcəyik. Torpaqlarımızın mərkəzində bizə terror dövləti yeritmək cəhdinə cavab ABŞ-dən qayıtdıqdan sonra veriləcək. Gözləyin", - Netanyahu bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO