sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

İsrail Fransaya sərt cavab verməyə hazırlaşır – Politico

19-09-2025, 11:50 46 dəfə baxılıb



İsrail, Fransanın Fələstini dövlət kimi tanımaq niyyətinə kəskin reaksiya göstərməyə hazırlaşır.

"Politico" yazır ki, Təl-Əviv artıq bu istiqamətdə bir neçə fəaliyyət variantı üzərində işləyir.

Məlumata görə, İsrail rəhbərliyi Qərb sahilində Fələstin Milli Administrasiyasının nəzarətində olan ərazilərin ilhaqını sürətləndirmək planını gündəmə gətirib.

Bununla yanaşı, diplomatik və simvolik addımlar da nəzərdən keçirilir. Onların arasında İsraildəki Fransa konsulluğunun bağlanması və Fransaya məxsus obyektlərə – o cümlədən xristianların ziyarətgahı olan Eleona monastırına girişin məhdudlaşdırılması da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO