sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Lavrov Putin-Zelenski görüşünün baş tutmama səbəbini açıqladı, Qərbi ittiham etdi

25-08-2025, 09:00 39 dəfə baxılıb

Lavrov Putin-Zelenski görüşünün baş tutmama səbəbini açıqladı, Qərbi ittiham etdi


Rusiya xarici işlər naziri Sergey Lavrov Kreml rəhbəri Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlardan yayınmasının səbəbini Qərblə əlaqələndirib. 

Qaynarinfo xəbər verir ki, o, yerli KİV-ə açıqlamasında Qərb dövlətlərini sülh danışıqlarını pozmağa çalışmaqda günahlandırıb.

Lavrovun sözlərinə görə, Qərb ölkələri danışıqların baş tutmaması üçün bəhanə axtarır və bunun məsuliyyətini nə Zelenski, nə də onlar öz üzərinə götürmək istəmir. Nazir əlavə edib ki, Ukrayna prezidenti israrla Putinlə şərtsiz görüş tələb edir.

Rusiya XİN rəhbəri həmçinin iddia edib ki, Qərb dövlətləri Putinin ABŞ-ın prezidenti Donald Trampla başladığı və müəyyən nəticələr verdiyini söylədiyi prosesi pozmaq istəyirlər. Onun sözlərinə görə, Moskva bu cəhdlərin uğursuzluğa düçar olacağına ümid edir.

22 avqustda ABŞ prezidenti Donald Tramp Putinin Zelenski ilə görüş ehtimalından danışaraq, bu sammiti təşkil edib-etməyəcəyinə dair dəqiq cavab verməmişdi.

Müharibənin Öyrənilməsi İnstitutu isə hesab edir ki, Putin Zelenski ilə görüşmək istəmir və bunu Kreml, xüsusən Lavrovun açıqlamaları vasitəsilə nümayiş etdirir. Ekspertlərin fikrincə, Kreml iki lider arasında mümkün görüşün Rusiyanın Ukraynaya qarşı müharibəsini Putinin daxili auditoriya qarşısında əsaslandırmaq imkanlarını zəiflədəcəyindən ehtiyat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO