sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Avropa liderləri Trampı dayandıra bilmədi – Putinlə dərhal danışdı

21-08-2025, 14:00 42 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp Avropa liderlərinin etirazlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.

Onun sözlərinə görə, Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra gözlənilmədən belə bir qərar verib:

“Bilirsiniz, bizdə kifayət qədər yaxşı görüş oldu. Mən indi Vladimir Putinə zəng vurub, bununla bağlı onun nə düşündüyünü öyrənəcəyəm”, – deyə Tramp bildirib.

Avropa liderləri isə bunun prosedurlara zidd olduğunu, komandaların əvvəlcədən hazırlıq aparmalı olduğunu qeyd edərək zəngin təxirə salınmasını istəyiblər. Lakin Tramp israr edib:
“Yox, indi Moskva vaxtı neçədir? Elə indi zəng edək. Mən insanla danışmaq istəyirəm. Mən ona zəng edəcəyəm”, – deyə ABŞ prezidenti vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO