sonnoqte.az
Xəbər başlıqları
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 
  • 10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib 
  • 11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 

Suriyada silahlı toqquşma-1100-dən artıq ölü

21-07-2025, 09:38 45 dəfə baxılıb

Suriyada  silahlı toqquşma-1100-dən artıq ölü


Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin nəzarəti altında olan Druzi və Bədəvi ərəb qəbilələri arasında ölkənin cənubundakı Sveyda şəhərində başlayan qarşıdurmaların sayını açıqlayıb.

SİHQ-nin açıqlamasında druz və bədəvi silahlı qruplar arasında baş verən qarşıdurmalarda ölənlərin sayının 1120-yə yüksəldiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, öldürülənlərdən 427-si druz silahlı qruplarının üzvləri, 298-i isə druzlardan olan mülki şəxslərdir. Hesabatında həmçinin vurğulanıb ki, Suriya hökuməti təhlükəsizlik qüvvələrinin 354 üzvü və üçü mülki olmaqla 21 bədəvi ərəbi həyatını itirib.

İsrailin Suriyaya hücumları zamanı isə 15 təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub.

Qeyd edək ki, Sveyda şəhərində ilk qarşıdurmalar iyulun 13-də, ərazidəki druzların bədəvi ərəblərə məxsus avtomobilləri ələ keçirməsi ilə başlayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO