sonnoqte.az
Xəbər başlıqları
  • 12:55 – Prezident süni intellekt strategiyasını təsdiqlədi 
  • 10:45 – Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM 
  • 09:11 – Prezident və birinci xanımın Ağdərə səfərindən görüntülər - VİDEO 
  • 19:22 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Tramp: 2 mindən çox Ukrayna əsgəri mühasirədədir

Bu gün, 15:30 2 dəfə baxılıb

Tramp: 2 mindən çox Ukrayna əsgəri mühasirədədir


Rusiya ordusu Kursk vilayətində təxminən 2500 Ukrayna əsgərini mühasirəyə alıb.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalında Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını şərh edərkən bildirib.

“Düşünürəm ki, gözəl söhbətimiz oldu, iki saata yaxın davam etdi. Çox şeylər haqqında danışdıq, sülh istədik. Rusiyanın üstünlüyü var. Bildiyiniz kimi, onlar 2,5 minə yaxın Ukrayna əsgərini mühasirəyə alıblar”, - deyə Tramp bildirib.

Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı Vladimir Putin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumlardan 30 günlük qarşılıqlı imtina ideyasını dəstəkləyib və hərbçilərə müvafiq göstəriş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO