sonnoqte.az
Xəbər başlıqları
  • 10:37 – Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq 
  • 09:11 – Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto 
  • 11:39 – İlham Əliyev Azərbaycan xalqını təbrik edib 
  • 13:34 – Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentin Sərəncamı 

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb

6-02-2021, 12:29 262 dəfə baxılıb

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb.
 
 AZƏRTAC xəbər verir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.
 
Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
 
Əhaliyə xəbərdarlıq edilib ki, dörd aya yaxın davam edən yeni sərtləşdirilmiş məhdudiyyətlərin bir qismi yumşaldılsa da, hələlik arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Yoluxma halında dinamik artım müşahidə olunsa, məhdudiyyət qaydalarına yenidən baxılacaq.
 
Xatırladaq ki, ölkə üzrə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO