sonnoqte.az
Xəbər başlıqları
  • 12:56 – İlham Əliyev sərəncam imzaladı 
  • 13:44 – İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib 
  • 10:57 – Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar 
  • 12:43 – Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB 

Fazil Mustafa: “Məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı”

14-04-2021, 10:49 319 dəfə baxılıb

Fazil Mustafa: “Məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı”


Pandemiya ilə bağlı qoyulan qadağalar Ramazan ayında iftar süfrələrində də özünü büruzə verəcək.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “AzTV”nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu məsələyə müvafiq alternativ çıxış yolu tapılmalıdır:

“Aidiyyəti üzrə məhdudiyyətlərin forması tərtib olunsa, yaxşı olar. Məsələn, iftar süfrəsində bir masa arxasında 3 nəfərdən artıq şəxsin oturmasına icazə yoxdur. Tam qadağa tətbiq etmək olmur. Qadağalar çox olduqca insanlar qeyri-rəsmi yollarla bir yol tapıb, bunu edəcək. Sahibkarların da vəziyyətini müəyyən qədər anlamaq lazımdır. Ramazan ayıdır”.

F.Mustafa onu da qeyd edib ki, Ramazan ayında iftar süfrəsinə toplaşmaq əvəzinə insanlara yardım etmək olar:

“İftar süfrəsinə çəkəcəyimiz xərclə qida məhsullarını alıb, elə həmin insanların evlərinə aparmaq daha savabdır. Qoy elə evində öz ailəsi ilə iftar etsin. Şərtlər elədir ki, məntiqlə qəbul etməliyik ki, insanın sağlamlığı əsasdır. Digər bütün qaydaları təxirə salmaq mümkündür. Heç nəyi qadağan etmək olmaz, məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO