sonnoqte.az
Xəbər başlıqları
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 

Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılıb

12-08-2021, 10:47 240 dəfə baxılıb

Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidməti istifadəyə verib.

"Qafqazinfo" xəbər verir ki, bu xidmət vasitəsilə həmin vətəndaşların mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb.

Rayon (şəhər) İcra Hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları  və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Bununla elektron qaydada növbvətə alınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq. Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək.

Həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək. 

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər İH-lərinin müvafiq əməkdaşları üçün təlimlər də keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO