17:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
11:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
13:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
İdman zalında məşq edən 56 nəfər cərimələndi - Video
27-04-2021, 10:12
304 dəfə baxılıb
Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalında məşq edən 56 nəfər cərimələnib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
***
Saxlanılanlar arasında tanınmış məşqçi Yusif Nurullayev də var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: