sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır

6-03-2026, 14:22 15 dəfə baxılıb



Ramazan süfrələrinin əsas qidası sayılan xurma həm iftarda, həm də gündəlik qidalanmada əvəzsiz rol oynayır. Bu faydalı meyvəni daha təsirli etmək üçün xurmanın üzərinə bir neçə damcı təzə limon suyu sıxmaq tövsiyə edilir.

Demokrat.az xəbər verir ki, xurma liflə zəngin olduğundan həzm sisteminə müsbət təsir göstərir. Limon suyu ilə birlikdə istehlak edildikdə isə bağırsaqların fəaliyyəti sürətlənir və qəbizlik kimi problemlərin qarşısı alınır. Eyni zamanda bədənin enerji ehtiyatını qısa müddətdə bərpa etməyə kömək edir.

Xurmanın tərkibindəki kalium, kalsium və maqnezium sümük sağlamlığını qoruyur. Limonun tərkibindəki C vitamini isə xurmada olan dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənməsini təmin edir. Beləliklə, qandakı dəmir səviyyələrini artırmaq istəyənlər üçün bu üsul olduqca faydalıdır.

B6 vitamini və antioksidantlarla zəngin olan xurma limonla birləşdikdə qocalma prosesini yavaşladır, qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır və uzun müddət toxluq hissi yaradır. Sağlamlığına diqqət edən hər kəs bu sadə metodu gündəlik rasionuna daxil edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO