sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Dünyanın "ən güclü" pasportları açıqlandı: Azərbaycan neçənci sıradadır?

15-01-2026, 09:11 13 dəfə baxılıb

Dünyanın "ən güclü" pasportları açıqlandı: Azərbaycan neçənci sıradadır?


"Güclü pasportlara" malik ölkələrin reytinqi dərc edilib. 

Bu barədə "Henley & Partners" tərəfindən tərtib olunan reytinqdə məlumat verilib.

Artıq ikinci ildir ardıcıl olaraq Sinqapur dünyanın ən "güclü" pasportuna sahib ölkə titulunu qoruyur.Sinqapur pasportu sahibləri 192 ölkəyə vizasız səyahət edə bilirlər.

Siyahının ən sonunda isə Əfqanıstan qərarlaşıb - bu ölkənin pasportu ilə cəmi 24 istiqamətə əvvəlcədən viza almadan getmək mümkündür.

2026-cı ildə Azərbaycan vizasız girişə icazə verilən ölkələrin sayına görə dünya pasport reytinqində 67-ci yerdə qərarlaşıb.

Sinqapurdan sonra siyahının yuxarı pillələrində əsasən Asiya və Avropa ölkələri yer alır. Yaponiya və Cənubi Koreya ikinci yeri bölüşür (188 istiqamət), Avropanın bir çox ölkəsi isə ilk sıraları tutur.(Milli.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO