sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

Neftimiz bu gün neçəyə satılır?

14-01-2026, 09:38 8 dəfə baxılıb

Neftimiz bu gün neçəyə satılır?


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,21 ABŞ dolları və ya 4,68% artaraq 71,75 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 68,54 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO