sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Hökumə Əliyevanın doğum günündə çəkilən foto müzakirə yaratdı - Atası danışdı - FOTO

11-08-2025, 10:40 120 dəfə baxılıb

Hökumə Əliyevanın doğum günündə çəkilən foto müzakirə yaratdı - Atası danışdı - FOTO


Ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması zamanı şəhid olan Hökumə Əliyevanın anasının sosial şəbəkələrdə yayılan fotosu müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, buna səbəb isə anasının qarşısında H.Əliyevanın fotosu olan tortun qoyulmasıdır.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Qeyd olunub ki, tortun üzərinə şəhidin fotosunun yerləşdirilməsi onun ruhuna, eləcə də ailəsinə hörmətsizlikdir.

Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilib. Sözügedən fotoda şəhidin anasından arxada AZAL əməkdaşlarının dayandığı görünür. Buna görə də, AZAL tənqidlərin hədəfi olub.

AZAL-dan bildirilib ki, sözügedən tədbirin təşkilatçısı AZAL deyil və tortu onlar sifariş verməyib və AZAL dəvət edilmiş heyətlə yalnız qonaq kimi tədbirdə iştirak edib.

Hökumə Əliyevanın atası Cəlil Əliyev Ölkə.Az-a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO