12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR
09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dövlət orqanları hərəkətə keçdi - Video
16-04-2025, 08:33
88 dəfə baxılıb
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.
“Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunanlarla bağlı Nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.
Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: