sonnoqte.az
Xəbər başlıqları
  • 12:55 – Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır 
  • 12:39 – Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir YENİLƏNİB 
  • 12:08 – Prezident Xankəndidə qonaqları qarşılayır - Canlı - Yenilənir 
  • 11:33 – İlham Əliyev Xankəndidə naziri qəbul etdi - Fotolar 

Azərbaycanda pensiyalar artacaq - YENİ AÇIQLAMA

23-05-2023, 13:30 123 dəfə baxılıb

Azərbaycanda pensiyalar artacaq - YENİ AÇIQLAMA


Ümumiyyətlə dünya praktikasında qərb, hətta bəzi MDB ölkələrində özəl pensiya fondaları uzun müddətdir fəaliyyət göstərir.

Bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

"Təcrübə göstərir ki, özəl pensiya fondlarının fəaliyyətinin bir neçə istiqamətdə müsbət təsirləri var. Belə ki, qanunvericiliyə əsasən bəzi beynəlxalq təcrübədə insanlar pensiyaları hansı fonda həvalə etməkdə sərbəstdir. Çox zaman onlar özəl fonda həvalə edirlər. Özəl fondlar həmin vəsaiti digər istiqamətlərdə investisiya edərək dividentlər əlavə edirlər. Həmin dividentlərdən də təqaüdçülərə pensiya yaşından sonra ödəniş edirlər. Bu da onların daha çox pensiya vəsaiti əldə etməsinə gətirib çıxarır.

Bizdə hazırda Dövlət Pensiya Fondu fəaliyyət göstərir. Hər hansı bir pensiyanın artırılması büdcə vəsaiti hesabına həyata keçirilir. Bu baxımdan bir neçə pensiya fondunun faəliyyəti bu sahədə rəaqəbtlilik yaradır. Həmçinin büdcənin yükünü azaldır. Gələcəkdə pensiaynın artırılması üçün büdcədən vəsait tələb olunmur. Pensiya fondları özləri müəyyən təkliflər edərək, əmanətçiləri maraqlandırırlar və onlara əsasən öz pensiyalarını həmin fonda yönəldirlər", - deyə E.Kərimli qeyd edib.

Espert həmçinin əlavə edib ki, bu fondların fəaliyyəti ölkədə təqaüdçülərin sosial vəziyyətini yaxşılaşmasına təsir göstərəcək.

Həmçinin təqaüdçülərin hüquqlarını da qoruyacaq. Həmin fondlarda yığılan vəsait təqaüdçü vaxtından əvvəl rəhmətə getdikdə öz varisləri tərəfindən əldə edilir - deyə o vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələrinin hazırlandığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO