sonnoqte.az
Xəbər başlıqları
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ SİYƏZƏNDƏ TƏQDİM OLUNDU

28-12-2025, 11:12 56 dəfə baxılıb

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ SİYƏZƏNDƏ TƏQDİM OLUNDU


   Şəhidlik ən uca məqam, Şəhidlərin adlarını yaşatmaq isə böyük məsuliyyətdir. İllərdi bu məsuliyyəti öz üzərinə götürən “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabı oxuculara təqdim etdi. AYB-nin və AJB-nin üzvü, ”VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavətqızının 12-ci kitabı olan bu kitabın ikinci təqdimatı ilin yekun hesabat tədbiri olaraq 26 dekabr 2025-ci il tarixində Siyəzən Rayon İcra hakimiyyətinin dəstəyi ilə Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirildi.
      Şəhid ailələrinin, Qazilərin, təhsil işçilərinin, rayon rəhbərliyinin və ictimayyətinin, eləcə də digər bölgələrdən gələn qonaqların iştirak ilə keçirilən təqdimat mərasimində öncə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndi. Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar çıxış edərək kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Sonda bütün qonaqlara kitab təqdim olundu və xatirə şəkilləri çəkildi.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO