sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Nizami Tibb Mərkəzinin Doğum Şöbəsinə rəhbərlik edən, yüzlərlə ananın etibarını qazanmış təcrübəli mama-ginekoloq – Vəfa Hüseynzadə

17-10-2025, 09:20 88 dəfə baxılıb


Azərbaycan səhiyyəsində qadın sağlamlığının keşiyində duran, həm savadı, həm insanlığı, həm də fədakarlığı ilə fərqlənən həkimlərdən biri də Nizami Tibb Mərkəzinin Doğum Şöbəsinin rəhbəri, təcrübəli mama-ginekoloq Vəfa Hüseynzadədir. O, uzun illərdir minlərlə qadının sağlamlığının qorunmasına, minlərlə körpənin sağlam dünyaya gəlməsinə bilavasitə töhfə verib. Onun adı bu gün anaların dilində “qoruyucu mələk”, yeni doğulmuş körpələrin isə “ikinci anası” kimi çəkilir.

Həkimlik fəaliyyətinə başladığı ilk günlərdən etibarən o, sadəcə bir ixtisas sahibi olmaqla kifayətlənməyib, daim öz üzərində çalışaraq beynəlxalq təcrübəni öyrənib, müasir tibbi yanaşmaları Azərbaycana gətirməyə çalışıb. Bu gün rəhbərlik etdiyi Doğum Şöbəsi həm avadanlıq baxımından, həm xidmət səviyyəsinə görə paytaxtın nümunəvi bölmələrindən biri kimi tanınır. Şöbəyə daxil olan hər bir qadın sanki xəstəxanaya yox, etibarlı bir ailənin yanına gəlmiş kimi özünü rahat və güvəndə hiss edir.

Pasiyentləri onun haqqında belə deyir: “Vəfa həkim sadəcə doğuş etdirmir, insanın qorxusunu əlindən alır, inam bəxş edir.” Doğuş kimi həyəcanlı və həyati bir prosesdə həkimlərin peşəkarlığı ilə yanaşı, onların verdiyi psixoloji dəstək də çox önəmlidir. Vəfa Hüseynzadə bu mənada həm peşəkar, həm psixoloq, həm də ana qayğısı göstərən bir dost kimidir.

Onun ən böyük üstünlüklərindən biri riskli hamiləliklərdə verdiyi düzgün qərarlar, çətin doğuşlarda göstərdiyi soyuqqanlılıqhər vəziyyətdən çıxış yolu tapmaq bacarığıdır. Elə buna görə də bir çox ailələr övladlarını məhz onun əllərinə etibar edir. Bəzi pasiyentlər həyat yoldaşlarının sevinclə belə dediyini söyləyir: “Uşağı biz doğmadıq, Vəfa həkim doğdu!”

Şəxsi kabinetində pasiyentlərlə rəftarına diqqət etdikdə bir həqiqət aydın olur: o, hər bir qadına yalnız tibbi göstəricilər əsasında yox, onun duyğularına, keçirdiyi gərginliyə, qayğılarına toxunaraq yanaşır. Bu isə tibbin ən əsas qaydasına – “Həkim ilk növbədə zərər verməməlidir” prinsipinə uyğun olaraq həm fiziki, həm də mənəvi rahatlıq bəxş edir.

Onu həmkarlarından fərqləndirən digər xüsusiyyətlərindən biri də maarifçilik fəaliyyətidir. O, qadın sağlamlığının yalnız xəstəxana divarları içində yox, qadınların evində, məişətində, düşüncəsində qorunmalı olduğunu anlayaraq illərdir müxtəlif seminarlar, təlimlər keçirir. Hamilə qadınlara düzgün qidalanma, ana südü ilə bağlı məlumatlar verir, cəmiyyətin ən böyük problemlərindən biri olan vaxtında müayinənin vacibliyini izah edir.

Vəfa Hüseynzadə yalnız tibbi fəaliyyətlə məhdudlaşmır, sosial layihələrdə də fəal iştirak edir. Xüsusilə az təminatlı ailələrə, şəhid övladlarına və valideyn himayəsindən məhrum körpələrə göstərdiyi xeyirxahlıq onu həm həkim, həm insan olaraq daha da ucaldır. Bir çox hallarda doğuş xərclərini öz üzərinə götürdüyü, ehtiyacı olan qadınlara dərman və müayinə yardımı etdiyi də artıq tibb cameəsində yaxşı bilinir.

Eyni zamanda, o, gənc həkimlərin yetişdirilməsinə də xüsusi önəm verir. Rəhbərlik etdiyi şöbədə çalışan rezident və təcrübəçilər üçün yüksək standartlı təlimlər təşkil edir, onları yalnız nəzəri biliklərlə yox, real həyatda qarşılaşacaqları vəziyyətlərlə tanış edir. Çünki onun fikrincə, “həkimlik kitabdan yox, insanın içindən gələn sənətdir.”

Onun tibb cameəsindən aldığı təriflər saymaqla bitməz. Bir çox sahə üzrə mütəxəssislər onun haqqında belə deyirlər: “Həkim olmaq mümkündür, amma Vəfa həkim kimi sevilmək hər kəsə qismət olmur.” Bu isə peşəkarlığın da, insanlığın da ən ali göstəricisidir.

Tibb bəzən çox çətin və məsuliyyətli görünə bilər. Gecə-gündüz demədən xəstəxanada olmaq, öz ailəsindən çox pasiyentlərinə zaman ayırmaq hər insana asan gəlməz. Lakin Vəfa Hüseynzadə üçün bu fədakarlıq həyat tərzidir. O deyir: “Doğulan hər körpənin ilk səsi mənim üçün sanki həyatın yenidən başlamasıdır.”

Bu gün onun xidmət etdiyi minlərlə ailə övladlarının fotoalbomlarına baxarkən belə deyir: “Bu uşağın ikinci anası Vəfa həkimdir.” Bir həkim üçün bundan böyük mükafat ola bilərmi?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO