sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"

Bu gün, 11:42 5 dəfə baxılıb

"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"


Bloger İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

aia.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İlduzə Hacıyeva 2006-cı ildən Almaniyada yaşadığını bildirib. O, dörd azyaşlı övladının olduğunu, onlardan birinin isə ağır autizm xəstəsi olduğunu deyib.

Daha sonra müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

Vəkil çıxışında bildirib ki, apellyasiya şikayətində hökmün qanunsuz olduğu ətraflı əsaslandırılıb və müdafiə tərəfi bəraət hökmünün veriləcəyinə inanır. Onun sözlərinə görə, hətta hökm qüvvədə saxlanılsa belə, qanunvericilikdə cəzanın icrasının təxirə salınması kimi mexanizmlər mövcuddur və buna görə də Hacıyevanın hazırda həbsdə saxlanılması zəruri deyil.

Müdafiəçi xüsusilə Hacıyevanın ailə vəziyyətinə diqqət çəkib. O bildirib ki, təqsirləndirilən şəxsin himayəsində dörd azyaşlı uşaq var, onlardan biri ağır autizm xəstəsidir və 24 saat xüsusi qayğıya ehtiyac duyur.

Vəkilin sözlərinə görə, Almaniya qanunvericiliyinə əsasən, ananın uzun müddət həbsdə qalması uşaqların dövlət himayəsinə götürülməsi və sığınacaqlara və ya himayədar ailələrə yerləşdirilməsi ilə nəticələnə bilər. Müdafiəçi bu məsələ ilə bağlı Almaniyada fəaliyyət göstərən azərbaycanlı hüquqşünaslarla məsləhətləşdiyini, onların da belə riskin real olduğunu bildirdiklərini deyib.

Vəkil həmçinin qeyd edib ki, uşaqların atası hərbçidir və xidmət şəraiti səbəbindən onlara daimi nəzarət edə bilmir. Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqların ölkə başçısına müraciət etməsi də ailənin ağır vəziyyətinin göstəricisidir.

"Bu, təkcə hüquqi məsələ deyil, həm də insani məsələdir. Hazırkı vəziyyətdə ev dustaqlığının seçilməsi bir ailənin faciəsinin qarşısını ala bilər", - deyə müdafiəçi məhkəmədən vəsatətin təmin olunmasını xahiş edib.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, İlduzə Hacıyevanın idarə etdiyi avtomobil dönmə əməliyyatı zamanı arxadan gələn nəqliyyat vasitəsinə mane olub. Nəticədə baş verən qəzada bir nəfər həlak olub, daha bir nəfər ağır xəsarət alıb. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilir.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO