sonnoqte.az
Xəbər başlıqları
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 13:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 

"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub

Bu gün, 11:34 2 dəfə baxılıb

"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub


Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

aia.az xəbər verir ki, bu gün Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə vəkil Hikmət Əliyev vəsatət verərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Vəsatət təmin edilməyib. Daha sonra vəkillər çıxış edib. Onlar İlduzə Hacıyevaya elan olunan hər iki maddənin təqsirliliyinin sübuta yetirilmədiyini əsas gətirərək məhkəmədən müdafiə etdikləri şəxsə bəraət verməsini xahiş ediblər: "Onu da əlavə edək ki, İlduzə Hacıyeva qəza yerindən qaçmayıb. Şəxsi xəstəxanaya çatdırıb, bundan 4 saat sonra 1 ay öncə aldığı biletlə Almaniyaya, ailəsinin yanına gedib. O, hətta Almaniyada olarkən hadisəni araşdıran müstəntiqi də tapıb, edə biləcəyi bir şey olub-olmadığını da soruşub. Ona görə də bu hadisədə Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibi ola bilməz". Vəkillər İlduzə Hacıyevanın 4 övladı olduğunu və onlardan birinin autizm xəstəliyindən əziyyət çəkdiyini bildirərək bunun qərar verilərkən nəzərə alınmasını xahiş ediblər.

Müdafiə vəkilləri 104 min manat dəyərində mülki iddianın da təmin edilməməsini xahiş ediblər.

Zərərçəkən tərəf bildirib ki, onlar mülki iddanın şəhid və qazi ailələrinə göndərilməsini istəyiblər. Onların nümayəndəsi bildirib ki, İlduzə Hacıyeva barışıq üçün addım atmayın, əksinə blogerlərin zərəçəkənin ailəsini təhqir etməsinə səbəb olublar.

İlduzə Hacıyeva son sözündə özünü təqsirləndirilən şəxs olaraq görmədiyini bildirib və məhkəmədən ədalətli qərar verilməsini xahiş edib: "Bu məhkəmə 6 aydır gedir və mən buna görə övladımın yanına gedib onun müalicəsində iştirak edə bilmirəm. Biri məni sürətlər keçibsə bunun günahkarı mənəm? Sizdən ədalətli qərar verilməsini xahiş edirəm".

Prosesdə hökm oxunub. Hökmə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub. O, cəzasını yüngül rejimi cəzaçəkmə müəssisəsində çəkəcək. Mülki iddia isə baxılmamış saxlanılıb.

Dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO