sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb -Fotolar

15-09-2025, 09:59 37 dəfə baxılıb

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİİTA) məxsus idman zalında idmançıların yüksək səviyyədə hazırlıq keçməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, komitənin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də üzv və tabe təşkilatların rəhbərləri, idmançılar və məşqçilər idman zalında yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, burada güləş, cüdo və boks üzrə məşqlərin keçirilməsi üçün müasir standartlara cavab verən üç idman zalı var. Zallar zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib. Həmçinin məkanda duş, paltardəyişmə, mətbəx, inzibati və köməkçi otaqlar mövcuddur. Ümumilikdə 540 kvadratmetr sahəni əhatə edən idman zalında yeni istilik sistemləri və kondisionerlər quraşdırılıb, həm əməkdaşlar, həm də idmançılar üçün gündəlik fəaliyyət və məşqlərin səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması istiqamətində layihələr həyata keçirir, müxtəlif idman növləri üzrə yarışlar təşkil edir.
Hazırda AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş və fiziki hazırlıq bölmələri fəaliyyət göstərir.

2025-ci ilin ötən dövrü ərzində Assosiasiyanın idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə 246 medal qazanıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO