sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Prezident həmkarını təbrik etdi

Bu gün, 10:18 7 dəfə baxılıb

Prezident həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO