sonnoqte.az
Xəbər başlıqları
  • 13:33 – Prezident 2 qanunu təsdiqlədi 
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 

İlham Əliyev onları təbrik etdi

Dünən, 11:09 1 dəfə baxılıb

İlham Əliyev onları təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha da təbrik məktubu ünvanlayıb.

“Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Bruney-Darüssalama daim əmin-amanlıq və firavanlıq diləyirəm”, - məktubda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO