“Pirqulu Restaurant and Cottages – Təbii gözəlliklərin qoynunda unudulmaz istirahət və zövqlü mətbəx”
Şamaxının əsrarəngiz təbiəti və təmiz dağ havası ilə seçilən Pirqulu qəsəbəsi təkcə turizm məkanları ilə deyil, həm də unudulmaz qastronomik təcrübə təqdim edən restoran və kottecləri ilə də məşhurdur. Bu ünvanların ən seçilənlərindən biri isə Pirqulu Restaurant and Cottages-dir. Şamaxı-Avaxıl yolunun 22-ci kilometrində yerləşən bu məkan həm ailəvi istirahət üçün, həm də dostlarla xoş vaxt keçirmək üçün mükəmməl seçimdir.
Pirqulu Restaurant and Cottages-in əsas üstünlüklərindən biri onun təbii gözəlliklər qoynunda yerləşməsidir. Sakitlik, təmiz hava və geniş yaşıllıq ərazisi qonaqların gündəlik həyatın stresindən uzaq, tamamilə rahatlanmasına imkan yaradır. Burada yerləşən kotteclər ailəvi istirahət üçün ideal şəraitlə təmin olunub – geniş otaqlar, müasir interyer, təmiz və komfortlu istirahət imkanları mövcuddur.
Restoran bölməsi isə Azərbaycan milli mətbəxinin ən dadlı təamlarını və beynəlxalq mətbəx nümunələrini qonaqlara təqdim edir. Burada təbii kənd məhsullarından hazırlanan yeməklər, ləziz kabablar, şirniyyatlar və xüsusi Pirqulu mətbəxinə aid unikal təamlar hazırlanır. Təzə çəkilmiş ət və təbii tərəvəzlərdən hazırlanan yeməklər öz dadı və keyfiyyəti ilə fərqlənir.
Pirqulu Restaurant and Cottages-də yalnız yemək deyil, həm də xoş istirahət üçün hər cür şərait yaradılıb. Canlı musiqi proqramları, ailəvi tədbirlər üçün geniş zallar və xüsusi tematik gecələr qonaqların vaxtını daha da maraqlı və yaddaqalan edir. Uşaqlar üçün nəzərdə tutulmuş əyləncə zonası isə ailəvi istirahəti tam rahat və əyləncəli edir.
Bu uğurun arxasında isə Pirqulu Restaurant and Cottages-in peşəkar rəhbərliyi dayanır. Rəhbərlik müştəri məmnuniyyətini əsas hədəf seçərək, xidmətin keyfiyyətini beynəlxalq standartlara uyğun şəkildə qurub. Xidmət sektorunda təcrübəli komanda, səmimi və qonaqpərvər işçilər hər bir qonağın özünü xüsusi hiss etməsinə səbəb olur.
Restoran və kotteclər toy, nişan, korporativ tədbirlər və ailəvi mərasimlər üçün ideal məkandır. Geniş zallar, açıq hava məkanları və təbii mənzərə tədbirlərinizə xüsusi rəng qatır. Rəhbərliyin strateji yanaşması nəticəsində hər bir tədbir fərdi yanaşma ilə təşkil olunur, müştərinin istəyinə uyğun menyu və dekorasiya təklif olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: