Mərdəkanda Sakitlik, Dad və Keyfiyyətin Ünvanı: “Görüş” Ailəvi Məkan Restoranı
Bakının Mərdəkanda yerləşən, təbiətin füsunkar qoynunda, şəhərin səs-küyündən uzaqda yerləşən “Görüş” Ailəvi Məkan Restoranı – ailəsi ilə xoş vaxt keçirmək, dadlı yeməklərdən zövq almaq və rahat bir mühitdə istirahət etmək istəyən hər kəs üçün ideal məkandır.
Bura təkcə bir restoran deyil, sevincin, istirahətin və dadın görüş nöqtəsidir. Ailəvi məkan olaraq uşaq dostu zonalar, açıq havada masa sahələri, canlı təbiət görüntüsü və zəngin menyusu ilə seçilən “Görüş” həm yerli sakinlərin, həm də şəhər qonaqlarının sevimli seçimidir.
Restoranda Azərbaycan mətbəxinin klassik və müasir təamları, həmçinin Avropa və Qafqaz bölgəsinin seçmə ləzzətləri peşəkar aşpazlar tərəfindən təqdim olunur. Qonaqpərvər personal, təmiz və səliqəli şərait, zövqlə bəzədilmiş süfrələr və xoş musiqi “Görüş” restoranında hər bir səfəri unudulmaz təcrübəyə çevirir.
Ad günləri, ailəvi toplantılar, nişan mərasimləri və istənilən xüsusi günlər üçün ideal seçim – “Görüş”də hər şey sizi məmnun etmək üçün düşünülüb.
“Görüş” restoranının uğurlu fəaliyyətinin başında dayanan Həci müəllim, bu sahəyə sadəcə bir biznes olaraq yanaşmayan, onu vətənə və insana xidmət forması kimi görən örnək bir sahibkardır. Onun rəhbərliyi ilə restoran, keyfiyyətli xidmət, gigiyena və müştəri məmnuniyyəti sahəsində yüksək standartlara cavab verən nümunəvi bir məkan halına gəlib.
Həci müəllim restoran işinə ürəklə yanaşan, detallara qədər diqqətli, insanla ünsiyyətə açıq və səmimi bir rəhbərdir. O, yalnız müştəri razılığı ilə deyil, işçi heyətinə olan münasibəti, şəhid ailələrinə və qazilərə göstərdiyi dəstək ilə də seçilir.
O, vaxtaşırı şəhid ailələrini və qaziləri “Görüş” restoranında təmənnasız qəbul edir, onların rahatlığı və mənəvi dəstəyi üçün şəxsən iştirak göstərir. Həci müəllim hesab edir ki, dövlətin və cənab Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən düzgün istifadə edərək, həm də sosial məsuliyyəti yerinə yetirmək hər bir iş adamının borcudur.
Onun bu prinsiplərlə idarə etdiyi “Görüş” restoranı – təkcə yemək yeri deyil, dəyərin, hörmətin və ailə istiliyinin yaşandığı bir ünvan olaraq tanınır.
Həci müəllimin rəhbərliyi və şəxsi keyfiyyətləri bu restoranı sadəcə uğurlu bir müəssisəyə deyil, həm də bölgənin sosial və mədəni həyatına dəyər qatan bir mərkəzə çevirib.
Görüş Restoranı – Mərdəkanda dostlarla, ailə ilə, sevgi və sevinc dolu anların yaşandığı məkandır. Həci müəllimin yüksək idarəçilik və insani yanaşması ilə bu məkan hər gün bir addım daha zirvəyə yaxınlaşır.
📍 Ünvan: Mərdəkan qəsəbəsi, Bakı, Azərbaycan
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: