sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

252 №-li məktəb-liseyində 2024-2025-ci tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirilib

17-09-2024, 12:42 303 dəfə baxılıb



Sonnoqte.az olaraq, 252 №-li məktəb-liseyinin direktoru Eldəniz Əkbərov  Hər birinizi 16 Sentyabr Bilik Günü, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki,  “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
 Əziz müəllimlər, bu müqəddəs missiyanızda hər birinizə bol uğurlar arzulayıram!
Yeni dərs iliniz mübarək olsun!  “İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”
 

2024-2025-ci tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirilib


13 sentyabr tarixində 2024-2025-ci tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi.
Iclasda Pedaqoji Şura sədrinin və katibinin seçilməsi, məktəbin və Pedaqoji Şuranın illik fəaliyyət planının təsdiq edilməsi, məktəbin nizam-intizam qaydaları  və iş rejiminin müəyyənləşdirilməsi, müəllimlərin etik davranış qaydaları, direktor müavinlərinin, kitabxana müdiri, UBTR və psixoloqların 2024-2025-ci tədris ili üçün vəzifə funksiyalarının və fəaliyyət planlarının təsdiqi, 2023-2024-cü tədris ilinin yekunları, eyni zamanda qarşıda duran vəzifələr, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Azərbaycan Respublikasının elm və təhsil nazirinin 28 avqust 2024-cü il  3-29/3-2-411F/2024 nömrəli əmri, sinif komplektləşdirilməsi, müəllimlərin həftəlik dərs yükü, fənn metodbirləşmə sədrlərinin, sinif rəhbərlərinin təyin edilməsi, şagird davranış qaydaları və bir sıra məsələlər müzakirə edildi.
Pedaqoji şurada yeni təyin olunan müəllimlər kollektivə təqdim edildi,uğurlar arzulandı, bundan əlavə məktəb-liseyin kimya müəllimi Alvina Cavadovanın "Direktor müavinlərinin işə qəbulu" müsabiqəsində uğurlu nəticə əldə edərək Sabunçu rayonu 90 nömrəli tam orta məktəbə direktor müavini kimi təyinat alması münasibətilə təbrik edildi, yeni fəaliyyətində uğurlar arzulandı.
Pedaqoji şuranın sonunda ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən məktəb-liseyin ibtidai sinif müəllimi Sevinc Abbasova yubiley yaşı münasibətilə məktəb rəhbəri Eldəniz Əkbərov tərəfindən Fəxri Fərmanla təltif edildi, can sağlığı, fəaliyyətində uğurlar arzulandı. 
Yeni tədris ilində daha böyük uğurlara imza atmaq ümidilə!









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO