sonnoqte.az
Xəbər başlıqları
  • 20:30 – Prezident ABŞ-də səfərdədir - Foto 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 

Bakıda kunq-fu idman növü üzrə açıq klub turniri keçirilib -Fotolar

4-02-2024, 19:07 261 dəfə baxılıb

Bakıda kunq-fu idman növü üzrə açıq klub turniri keçirilib -Fotolar


04 fevral 2024-cü il tarixində “Qartal” peşəkar idman klubu tərəfindən kunq-fu idman növü üzrə açıq klub turniri keçirilib. 25 klub, bölmə və komandanı təmsil edən 270 idmançının iştirak etdiyi yarış bütün yaş dərəcələrində və peşəkarlar arasında təşkil olunub. Yarışın baş hakimi CFC idman klubunun qurucusu və direktoru, Azərbaycan Kunqfu Federasiyasının Baş hakimi Aqil Mustafayev olub.

aia.az xəbər verir ki,turnirin gedişində peşəkarlar arasında 12 döyüş keçirilib. Günün əsas reytinq döyüşü “Alis” idman klubunun peşəkar idmançısı Mədət İbrahimov ilə “S.N. Fight Club”un idmançısı arasında baş tutub. Mədət İbrahimov rəqibini ilk raundda nokautla məğlub edərək daha yüksək peşəkar arenalarda çıxış etmək hüququ qazanıb. İdmançının şəxsi məşqçisi İslam Novruzov və “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov bildiriblər ki, Mədət gələn ay ölkəmizdə keçiriləcək peşəkar reytinq döyüşlərinin əsas favoritlərindəndir. Hazırda Mədət İbrahimov intensiv şəkildə məşqlər edir və idmançının həmin yarışların da qalibi olmaq şansı yüksək qiymətləndirilir. İdmançımızı bir daha qələbə münasibətilə təbrik edirik və ona idman həyatında daha böyük uğurlar arzulayırıq.

Turnirin təşkil olunmasına dəstək verən qurumlara, eləcə də CFC idman klubunun rəhbəri Aqil Mustafayevə, AFSO Liqasının Azərbaycan nümayəndəliyinin rəhbəri Asim İsmayılova, “Alis” idman klubunun rəhbəri İslam Novruzova, “888 H.H.” boks və döyüş növləri klubunun rəhbəri Habil Hümbətova “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov tərəfindən xüsusi təşəkkür paketləri təqdim edilib.

Qeyd edək ki, bu il mart ayının 16-dan 20-dək Azərbaycanda EFC Liqasının eqidası altında mötəbər peşəkar yarışlar baş tutacaq. Yarışlar peşəkar idman tədbirlərinin təşkilatçısı Yaqub İbrahimovun rəhbərliyi ilə keçiriləcək.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO