sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir

1-12-2023, 12:47 77 dəfə baxılıb



SDU-nun Riyaziyyat fakültəsində elmi seminar təşkil edilib



Noyabrın 30-da Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli riyaziyyatçısı, Bakı Dövlət Universitetinin Riyazi kibernetika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimovun “Optimal idarəetmə nəzəriyyəsinin yaranma tarixi, inkişafı və müasir problemləri” mövzusunda elmi seminarı keçirildi.
Seminarı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçılara rektor Rüfət Əzizovun salamını çatdırdı və tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, son illər Sumqayıt Dövlət Universitetində həm tədrisin, həm də professor-müəllim heyətinin elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Beləki, universitetdə vaxtaşırı beynəlxalq və respublika miqyaslı konfranslar, elmi seminarlar təşkil olunur. Bu baxımdan fakültələrdə elmi seminarların təşkil olunması böyük əhəmiyyət daşıyır.
Sonra fakültə dekanı dosent Xalidə Həsənova çıxış edərək, professor Kamil Mənsimovun riyaziyyat sahəsində Azərbaycan elminə qazandırdığı yeniliklərdən danışdı. Bildirdi ki, bu kimi seminarların keçirilməsi, elm adamlarının bir araya gələrək mövzu ətrafında apardıqları müzakirələr bu sahədə biliklərin təkmilləşdirilməsi ilə yanaşı, milli təhsilimizin inkişafına da böyük töhfələr verir.
Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev Kamil Mənsimovun elmi və pedaqoji fəaliyyəti haqqında qısa məlumat verdi.
Daha sonra professor Kamil Mənsimov tədqiq etdiyi riyazi sahənin aktuallığı və qoyulmuş riyazi problemlərin həlli səmərəliliyinin əhəmiyyətindən, seminar mövzusunun gələcəkdə riyaziyyata gətirəcəyi yeniliklər barədə ətraflı məlumat verdi. Çıxışının sonunda bu sahə ilə məşğul olmaq istəyən gənclərə öz təklif və tövsiyələrini verərək,  magistrant və tələbələrin suallarını cavablandırdı.
Sonda Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor Nəbi Qurbanov və Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti Xəyalə Seyfullayeva çıxış edərək riyaziyyatçı alim Kamil Mənsimova maraqlı və faydalı seminara görə minnətdarlıqlarını bildirdilər.



SDU-da Elmi Şuranın növbəti iclası



Noyabrın 29-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru Rüfət Əzizov iclası açıq elan edərək şura üzvlərini salamladı, bu yaxın günlərdə Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Zöhrə Qafarovanın vaxtsız vəfatına görə ailəsinə və kollektivə dərin hüznlə başsağlığı verdi.
Sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələləri diqqətə çatdırdı. Gündəlik təsdiq olundu.
Akkreditasiya Komissiyasının yekun hesabatında göstərilən tövsiyələrin icrasına dair planın təqdimatı və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planının ilkin variantının təqdimatı barədə Rektorun müşaviri Könül Abaslı çıxış etdi. Qeyd etdi ki, Akkreditasiya komissiyasının yekun hesabatında göstərilən tövsiyələrin yerinə yetirilməsi və iradların aradan qaldırılması üçün müvafiq məsələlər planda öz əksini tapmışdır və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planı universitetin bütün sahələr üzrə dinamik inkişafının və beynəlxalq rəqabətqabiliyyətliyinin təmin edilməsinə hesablanmışdır.
İclasda Fəaliyyət Planının və SDU-nun 2024-2030-cu illər üzrə Strateji İnkişaf Planının elektron variantının müvafiq struktrur rəhbərlərinə təqdim olunmasının təmin edilməsi Rektorun müşaviri Könül Abaslıya tapşırıldı.
Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində SDU-nun profilinə dair təqdimatla Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva çıxış edərək bildirdi ki, Sumqayıt Dövlət Universiteti Milli Hirş indeks göstəricisi üzrə qərarlaşdığı 52-ci pillədən aparılan tədbirlər nəticəsində 36-cı pilləyə yüksəlmişdir, həmçinin Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınmışdır.
Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda məqalələri dərc olunan müəlliflərin mükafatlandırılması üçün müvafiq mexanizmin hazırlanması Rektorun Müşaviri Elşad Abdullayevə, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayevaya və Elmi hissənin müdiri Samir Orucova tapşırıldı.
SDU-nun magistrant, doktorant və dissertantlarının attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi. Magistrant, doktorant və dissertantların attestasiyalarının keçirilməsində tələbkarlığın daha da artırılması fakültə dekanlarına və kafedra müdirlərinə, Dissertasiyalarını vaxtında müdafiə etməyən doktorant və dissertantlarla fərdi iş aparılması, onların dissertasiya işlərinin ilkin müzakirəyə çıxarılmasına köməklik göstərilməsi kafedra müdirlərinə, fakültə dekanlarına, doktorant və dissertantların elmi rəhbərlərinə tapşırıldı.
SDU-nun Mühəndis ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsi barədə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış etdi. Qeyd etdi ki, SDU ilə Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində yerləşən Mühəndislik, İnformatika, Təbiət elmləri və Riyaziyyat təhsil proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) arasında bağlanmış müqaviləyə əsasən Beynəlxalq ekspert qrupu 10-13 oktyabr 2023-cü il tarixlərində Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının beynəlxalq akkreditasiyadan keçirilməsi üçün təhlillər aparmışlar.
Aparılan təhlillər əsasında Beynəlxalq ekspert qrupunun yekun hesabatının 2023-cü ilin sonunadək SDU-ya təqdim olunmasının diqqət mərkəzində saxlanılması Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayevə tapşırıldı.
Müxtəlif məsələlərin müzakirəsində Kimya və biologiya fakültəsinin III kurs, 340-1 saylı qrup tələbəsi Şəhid ailəsinin üzvü Banu Məhərrəm qızı İbadovanın təhsil haqqının ödənilməsindən azad edilməsi barədə qərar verildi.
Fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbul olmuş əməkdaşların dissertasiya işlərinin mövzusunun və elmi rəhbərlərinin təsdiqi, Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi və Elmi adların verilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış etdi.
Aparılan müzakirələr Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olundu. Müzakirəyə çıxarılan məsələlər barədə rektor struktur bölmə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verdi, bununla da, Elmi Şuranın iclası başa çatdı.



Gənclər və İdman Nazirliyinin nümayəndələri SDU tələbələri ilə görüşüb



Noyabrın 28-də Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev və Tələbələrlə iş sektorunun əməkdaşı Cəmilə Rzayeva Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.
Əvvəlcə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov nazirlik nümayəndələrini qəbul edərək onlarla bir sıra layihələr üzrə fikir mübadiləsi aparıb. Sonra nazirlik nümayəndələri Mühəndislik fakültəsindəki yeni yaradılmış laboratoriyalarla və universitetin digər maddi-texniki bazası ilə yaxından tanış olublar.
Görüşü giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qonaqları və iştirakçıları salamladı, bildirdi ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Ümumiyyətlə, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. 
Sonra Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev iştirakçıları salamladı  və Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışdı. Bildirdi ki, 2023-cü ilin fevral ayından etibarən Gənclər və İdman Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Təsdiq olunmuş struktura əsasən Gənclərlə iş şöbəsinin tərkibində Tələbələrlə iş sektoru yaradılmışdır. Sektorun əsas fəaliyyət istiqaməti respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında dövlət gənclər siyasətini həyata keçirmək və ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında tələbələrin fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla bağlı Tələbələrlə iş sektoru ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurur və müxtəlif görüşlər həyata keçirir.
Görüşün sonunda iştirakçıların sualları cavablandırıldı və gələcək lahiyələrlə bağlı fikir mübadiləsi aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO