sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Natiq İbrahimov: Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edir

9-12-2022, 14:15 246 dəfə baxılıb



LDU-da 2 Beynəlxalq konfrans işinə başlayıb



8 dekabr 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində LDU ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə keçirilən “Beynəlxalq Suptropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar Konfransları işinə başlayıb.
Konfrans iştirakçıları ilk öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səslənib.
Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. LDU rəsmisi bu günlərdə 30 illik yubileyini qeyd edəcək Lənkəran Dövlət Universitetində elmi mühitin formalaşdırılması istiqamətində görülən işlərdən, müxtəlif mövzularda keçirilən Beynəlxalq və respublika səviyyəli elmi konfranslardan, universitetin professor, müəllim, doktorant və dissertantlarının həmin konfranslarda fəal iştiraklarından, elmlə istehsalatın uzlaşdırılması sahəsində görülən çoxşaxəli işlərdən söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının hər iki seriyası e-library (RSCI) beynəlxalq indeksləmə sistemininə daxil olmaqla yanaşı, “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına da daxil edilib. Professor Natiq İbrahimov bildirib ki, Lənkəran Dövlət Universitetində bu yaxınlarda daha bir elmi nəşr-Texnika və Aqrar elmləri üzrə Beynəlxalq elmi-praktik jurnal nəşrə başlayır. Rektor 2022-ci il üzrə Lənkəran Dövlət Üniversiteti əməkdaşlarının 30-a yaxın elmi məqaləsinin dünyanın nüfuzlu “web of science” bazasına daxil olmasını universitetin, eləcə də ölkənin elmimetrik reytinqinə müsbət təsir göstərəcəyini, birgə təşkil edilən Beynəlxalq tədbirlərin universitetdə elmi mühitin formalaşdırılmasına şərait yaradacağını vurğulayaraq, bu cür konfransların bundan sonra da mütəmadi təşkilində maraqlı olduqlarını bildirib, tərəfdaş universitetlərə əməkdaşlığa görə minnətdarlıq edib.
İKSAD rəhbəri Mustafa Latif Emek konfransda çıxışında bu cür tədbirlərin ölkələr arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib və bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra Gaziantep Universitetinin əməkdaşı, dos. Yunus Emre Tansü, Çukurova Universitetinin bölmə rəhbəri Sadettin Baloğlunun çıxışları dinlənilib.
“Beynəlxalq Suptropik və sitrus meyvələri” konfransında Lənkəran Dövlət Universitetindən professor Mikayıl Məhərrəmov, “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar konfransında dosent Kamal Mahmudov məruzə ediblər.
İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov qurumun xatirə hədiyyəsini Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimova təqdim edib.
Beynəlxalq konfranslar işini bölmələrdə davam etdirir.
Qeyd edək ki, konfranslarda universitetlərin professor-müəllim heyətləri, doktorant, magistrant, həmçinin tələbələr iştirak edirlər. Konfranslarda 200-ə yaxın elmi məqalə və tezis dinləniləcəkdir.
Xatırladaq ki, konfrans sabah da işini davam etdirəcək.
 











Lənkəran Dövlət Universitetinin rektoru, Riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov - Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi uğurlu fəaliyyət o qədər zəngin və keşməkeşlidir ki, Onun həyatı bu gün də dövlət adamlarını, tədqiqatçıları  daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə hələ də ehtiyac var. Çünki Heydər Əliyev bütün həyatı boyu Vətəninin, Xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.
Məhz dövlətimizin başçısı İlham Əliyev də Ulu Öndərin siyasi xəttini şərəflə davam etdirərək xalqımızın böyük hörmət və ehtiramını qazandı. Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirdi. Ötən 19 ildə Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrildi. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir.
Cənab İlham Əliyev son 19 ildə uğurlu addımları ilə Azərbaycanı yüksək zirvələrə qaldırdı. Ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Azərbaycanın yerləşdiyi coğrafi  məkan dövlətlər, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafının ən yüksək zirvəsinə ucalmış ölkədə yaşayıram. Görülən irimiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları durmadan genişlənir, beynəlxalq nüfuzu artır.
Bu gün Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın xilaskar oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları və bu ideyaları uğurla həyata keçirən cənab İlham Əliyev şəxsiyyəti dayanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO