sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Cəfər Cəfərov vəzifəsini şərəflə yerinə yetirir

26-10-2022, 07:00 151 dəfə baxılıb

cfr cfrov

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov - İlk öncə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan azad edilmiş ərazilərində intrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işləri uğurla davam edir. Artıq 30 ildən sonra məcburi  köçkünlər öz doğma evlərinə qayıda biləcəklər. Xüsusilə vurğulamaq lazımdır ki, Prezidentimiz bu böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Bu ərazilərdə aparılan tikinti-quruculuq işlərində qardaş Türkiyə dövlətinində dəstəyi vardır. Bu gün biz yenədə bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə -Azərbaycan birliyini görürük.

Bakupost.az - İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışında -  Yenilənib2-FOTO

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti İlham Əliyev mətbuata verdiyi birgə bəyanat zamanı bildirmişdir ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır və qısa müddət ərzində böyük işlər görüb. Yolların artıq bir hissəsi hazırdı, dəmir yollarının, 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50km –dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bəzisi hazırdı. Bu birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək .

İşğaldan azad olunan ərazilərimizdəki quruculu işlərində Türkiyənin yaxından iştirakı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib.

İki qardaş ölkənin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyə Prezidentinin ölkəmizə hər səfəri, səfər çərçivəsində səsləndirdiyi hər bir fikir xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Qarşılanma mərasiminə paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın da şahidlik etməsi ikiqat sevincdir. 


ADPU-da “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans keçirilib!




Oktyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hislərini gücləndirmək” adlı layihə çərçivəsində müəllim və tələbələrin iştirakı ilə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans keçirilib.
Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov, layihə rəhbəri Muğan Əliyev, mütəxəssis Pərvanə Əzimova və daxili işlər orqanlarının nümayəndələri iştirakçılara narkotik və psixotrop vasitələrin zərərləri və onlara qarşı mübaricədə ictimai birliyin və ayıqlığın önəmi ilə bağlı ətraflı məlumat veriblər.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara maarifləndirici materiallar təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif olunublar.

ADPU-da ilkin tibbi yardımla bağlı görüş keçirilib!




Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT), 1 nömrəli Bakı Baza Tibb Kolleci Tələbə Gənclər Təşkilatı (1 №-li BBTK TGT) və 29 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı ilə tələbələr üçün ilkin tibbi yardımla bağlı görüş keçirilib.
Görüşdə 29 saylı şəhər poliklinikasının əməkdaşı Aynurə Süleymanlı və 1 №-li BBTK-nın müəllimi Səbuhi Məmmədov ilkin tibbi yardım zamanı diqqət edilməli məqamlar, dəm qazı zəhərlənməsi, qida boğulması və s. kimi hallarda ilkin olaraq icra olunmalı tədbirlər haqqında ətraflı məlumat veriblər.

“44 Günlük Dastan” layihəsi çərçivəsində ADPU-da qazilərlə görüş keçirilib!




Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və ADPU Tələbə Gənclər Təşkilatının (ADPU TGT) tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Fondu (AzGF), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), və Böyük Qayıdış Gənclər Təşkilatının (BQ GT) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş “44 Günlük Dastan” layihəsi çərçivəsində Pedaqoji Universitetdə qazilərin tələbələrlə görüşü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev açılış nitqi ilə çıxış edərək qeyd edib ki, universitetdə Vətən müharibəsi qəhrəmanları ilə mütəmadi görüşlərin keçirilməsinə xüsusi diqqət ayırılır. Prorektor qeyd edib ki, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər, qazilərlə görüşlərin keçirilməsi gələcəyin müəllimlərinin yetişdirilməsində müstəsna əhəmiyyət daşıyır.
ATGTİ-nin sədri Pərviz Mirələmli və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov da çıxış edərək layihənin məqsədinin Vətən müharibəsi qəhrəmanlarını tələbələrimizə tanıtmaq, zəfər tariximizi daha yaxından öyrənməyə dəstək vermək olduğunu bildiriblər. Qeyd olunub ki, azı 15 ali təhsil müəssisəsində bu tip görüşün keçirilməsi nəzərdə tutulur.
Tarixi zəfərin kadrlarını özündə əks etdirən videoçarxın nümayişindən sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Əhliyət Mehdiyev, Coşqun Şəfiyev, Tural Abdullayev, Vətən Süleymanov, həmçinin ADPU-nun qazi tələbələri Cavid Abdinov və Yusif İsaqzadə ilə panel görüş keçirilib. Öz döyüş yollarından danışan və 44 günlük savaşla bağlı təəssüratlarını bölüşəndən sonra sual-cavab sessiyası keçirilib. Təxminən 400 nəfərin iştirak etdiyi görüşdə qazilər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

 

ADPU-da “tələbənin tələbəyə dəstəyi” prinsipi ilə rəsm dərsləri təşkil olunur!



Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) tərkibində fəaliyyətə başlayan Rəsm dərnəyinin "Rəngli dünyamız" adlı layihəsinin ilk dərsi keçirilib.
2 ay davam etməsi planlaşdırılan layihədə “tələbənin tələbəyə dəstəyi” prinsipi ilə universitetin İncənəst və fiziki tərbiyə fakültəsinin II tədris ili tələbəsi Əntiqə Səlimova tərəfindən dərnəyə üzv olan incəsənətə maraqlı tələbələrə rəsm məşğələləri təşkil edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO