sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Şahin Bayramovun Mingəçevir Dövlət Universitetində gördüyü işlər danılmazdır

27-08-2023, 12:31 589 dəfə baxılıb




Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şahin Bayramovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şahin Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  - Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.

Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.

Şahin Bayramovun Mingəçevir Dövlət Universitetində gördüyü işlər danılmazdır


Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.




1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
    Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
    Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva  2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
    Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.




MDU-da dəyirmi masa: Heydər Əliyev və Azərbaycan dili



Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən söhbət açıb və Ulu Öndərin yüksək intellekti, vətənə və ana dilimizə sonsuz məhəbbətinin bu tarixi missiyada misilsiz rol oynadığını qeyd edib.
Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova və kafedranın əməkdaşı, əməkdar müəllim Könül Aydın çıxış ediblər. Çıxışlarda əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən, yaradıcı insanlara, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.

MDU əməkdaşları Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyini ziyarət edib

Isvech1

Nümayəndə heyətimiz Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi üzrə İsveçin KTH Kral Texnologiya Universitetinə səfər çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyini ziyarət edib.
Göstərilən diqqətə görə rektor Şahin Bayramov hörmətli Səfirimiz Zaur Əhmədova təşəkkür edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO