sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

Paşinyanın ABSURD MƏNTİQİ... - yəni MƏNTİQSİZLİYİ...

13-06-2024, 16:00 8 dəfə baxılıb

Paşinyanın ABSURD MƏNTİQİ... - yəni MƏNTİQSİZLİYİ...


Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır. O rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib. Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var. Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır.

Elxan Şahinoğlu 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO