sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH

12-06-2024, 14:22 7 dəfə baxılıb



Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda regional və strateji təhlükəsizlik arxitekturasının formallaşması üzrə birgə əməkdaşlıq edə bilərlər.

Qeyd edək ki, iyunun 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.

Eyni zamanda Türkiyə XİN rəhbəri Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşüb.

Rusiya KİV-lərinin məlumatına görə, Fidan Serqey Şoyqu və Serqey Narişkinlə görüşdə ikitərəfli münasibətlərlə yanaşı Ukrayna, Suriya, Qəzza və Azərbaycan-Ermənistan sülh prosesi barədə müzakirələr aparıb.

Məhz burda diqqət çəkən əsas məsələ isə görüşdən əvvəl Hakan Fidan həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Maraqlıdır, danışıqların əsas prinsipləri Rusiya, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda yeni regional təhlükəsizlik strategiyası üzrə birgə əməkdaşlıq perspektivlərindən gedir? Moskva, həqiqətənmi, Ankara və Bakı ilə regional əməkdaşlığa hazırdır? Kreml Türkiyəni bu regionda görmək istəyər?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırda Moskva reallıqlarla barışmaq məcburiyyətindədir:

“Bu gün Rusiya Türkiyəni Cənubi Qafqazda siyasi oyunçu kimi görmək istəmir. Kremldə hesab edirlər ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi nüfuz dairəsidir və hər hansı güc mərkəzi bu regiona daxil ola bilməz.

Ancaq İkinci Qarabağ müharibəsindən sonra, eləcə də Ukraynada davam edən müharibə nəticəsində elə bir vəziyyət yaranıb ki, Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə bu regionda hesablaşmaq məcburiyyətindədir. Çünki Moskva görür ki, ABŞ, NATO və Avropa İttifaqı Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və regionda möhkəmlənmək niyyəti güdürlər.

Belə olan halda Moskva bu regionda Qərb dairələrini yox, məhz Türkiyəni görmək istəyəcək. Yəni Kremldə belə düşünürlər ki, Türkiyənin regionda mövcudluğu onlar üçün daha sərfəli ola bilər”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətləri ilbəil inkişaf edir:

“Rusiya Cənubi Qafqazla bağlı strateji məsələlərdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə möhtacdır. Qeyd edək ki, Rusiyanın dünyaya açılan qapılardan biri Azərbaycan və Türkiyənin üzərindən keçir. Rusiya məhz Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Yaxın Şərq və Afrika ölkələri ilə ticari-iqtisadi keçid yollarını təmin etməyə çalışır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz geoiqtisadi, iqtisadi-ticari və nəqliyyat qovşağına çevrilib. Bu, həqiqətən, Rusiya üçün əhəmiyyət kəsb edir.

Buna görə də Moskva hər vəchlə bundan faydalanmağa çalışacaq. Bildirim ki, indiki dövrdə dünya iki və ya daha artıq qütbləşməyə doğru gedir. Rusiya, Türkiyə, Azərbaycan və Çin eyni qütbdə yer alıblar. Bu yaxınlarda Ankaranın BRİKS-ə üzv olmaq niyyətini bəyan etməsi buna sübutdur”.

E.Xalidbəyli qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın möhkəmlənməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir:

“İstər-istəməz Rusiya Azərbaycan və Türkiyəyə strateji tərəfdaş kimi baxacaq.

Hazırda həm Azərbaycanla Türkiyə, həm Azərbaycanla Rusiya, həm də Türkiyə ilə Rusiya arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi barədə qarşılıqlı məsləhətləşmələr aparılır.Bu onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin nizamlanmasında birgə iştirak edə bilərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO