sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

Əfv etdiyimiz Şahramanyan İrəvanda “atsax” “bayrağı” altda fransızları qəbul etdi... - MEYMUNLUQ DAVAM EDİR...

1-11-2023, 16:00 64 dəfə baxılıb



Oktyabrın 29-30-da gorbagor(!) “artsax”ın sonuncu qondarma prezidenti Samvel Şahramanyan Avropa Parlamentinin fransalı üzvü Nikolas Bey, italiyalı deputat Vinçenzo Sofo və qarşıdan gələn Avropa Parlamenti seçkiləri üçün Fransanın "Reconquête" partiyasının siyahısına rəhbərlik edən Marion Mareşalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Moderator.az xəbər verir ki, separatçı liderin İrəvandakı ofisində Xankəndində "rəsmən" ləğv olunmuş separatçı-terrorçu rejimin əski parçası və “gerb”i altında keçirilən bu görüş haqda Tert.am məlumat yayıb.

Fransa parlamentinin deputatı Marion Mareşal öz “Facebook” səhifəsində görüş haqqında yazıb və “artsax” “prezident”i Samvel Şahramanyan ilə görüşü xüsusi qeyd edib.

Deputat həyasızcasıına vurğulayıb ki, guya “Türkiyənin dəstəklədiyi Aəzrbaycan erməniləri məhv etmək, xristianlığın izlərini yox etmək istəyir”.
“Görüş zamanı Azərbaycanın təcavüzü nəticəsində yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub”- xəbərdə belə deyilir.

Zəruri şərh:

Samvel Şahramanyanın İrəvandakı son müsahibəsindən belə çıxır ki, Azərbaycan tərəfi onu ölkəmizə, dövlətimizə qarşı o qədər də ciddi fəaliyyət göstərmədiyinə, ağır cinayətlər törətmədiyinə və müəyyən dərəcədə əməkdaşlıq etdiyinə görə bir növ əfv edib və helikopterlə Ermənistana keçməsinə şərait yaradıb.
Ancaq yaranmış gerçəklik, sərhədimizi keçmiş separatçı-terrorçu Samvellərin İrəvanda artıq Azərbaycana qarşı sərhədi keçən həyasız, arsız-abırsız fəaliyyətləri sübut edir ki, əslində onları əvf yox, məhv etmək lazım idi...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO