sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

“Heydər Əliyev ili” çərçivəsində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirilib

18-04-2023, 09:58 148 dəfə baxılıb



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə 16 aprel 2023-cü il tarixində Beynəlxalq Muğam mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirilib.

Konsertdən öncə ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Muğam Mərkəzinin foyesində portret, peyzaj, natürmort və s. bu kimi müxtəlif rəsm əsərləri tamaşaçılar üçün sərgilənib.

Konsert proqramında ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblının müşaiyətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri səslənib.

Tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib.

Kollecin Qazi müəllimi, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın Sərəncamıyla Suqovuşan, Kəlbəcərin azad olunmasına görə medallar ilə təltif olunmuş Fərid Atazadənin ifasında Səid Rüstəmovun "Hardasan" əsəri səsləndirilib və eyni zamanda vizual görüntü vasitəsilə ADMİU nəzdində Humanitar Kollecdə təhsil almış 6 Şəhidin xatirə şəkilləri nümayiş etdirilib.

Konsertin davamında Nərgiz Cabbarova "Ürəklərə bağlıyam" (söz: R.Z.Xəndan, musiqi: R.Mustafayev), Zaur Əzimli "Alagöz" (söz: Z.Cabbarzadə, musiqi: S.Rüstəmov), Xədicə İsmixanova “Bəxtiyaram mən” (söz: Bəxtiyar Vəhabzada, musiqi: Əlibaba Məmmədov), Amin Bayramov "Sway" (söz: N.Gimbel, musiqi: P.B. Ruiz), Xəyal Əliyev, Lalə Qafarova və tələbələri "Bizim Cəbiş müəllim" kinofilmindən "Vals" (musiqi: E.Sabitoğlu), Yaqut Xəlilzadə "Buludlar" (söz:İslam Səfərli,musiqi: Cahangir Cahangirov), İsmayıl Hüseynov, Nərgiz Cabbarova və Rübabə Əkbərova "Mehriban İnsanlar" (söz: Rüfət Zəbioğlu, musiqi: Oqtay Zülfüqarov), Rafael İslamov və Xəyal Əliyev "Fuga Misterio" (musiqi: A.Piazzolla), Rübabə Əkbərova "Sevərsən mi?" (söz: Baba Vəziroğlu, musiqi: Oqtay Rəcəbov), Zaur Əzimli və Nərgiz Cabbarova "Şeyda Bülbülumsən" (söz: Zeynal Cabbarzadə, musiqi: Emin Sabitoğlu), Xatirə Kərimova, Xavər Hüseynova, Sənan Mustafayev və tələbələri - Qara Qafiyə, Şəşəngi, Qoçaq Əskərov, İsmayıl Hüseynov, Zaur Əzimli "Gəl bizim dağlara" (söz: Həmid Abbas, musiqi: Arif Məlikov), Yaqut Xəlilzadə və kollecin tələbələri "Azərbaycanım" (söz: Malik Fərrux, musiqi: Mikayıl Vəkilov) əsərlərini səsləndiriblər.
Bir birindən gözəl musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılanıb.

























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO