sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

KOLLECDƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA CANLARINDAN KEÇMİŞ ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

29-09-2022, 10:57 258 dəfə baxılıb



27 sentyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir 1 dəqiqəlik ehtiram sükutu ilə başlayıb daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Tədbirə giriş sözləri ilə başlayan ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova 27 sentyabr tarixindən başlayan zəfər yolunda şəhidlərimizin rəşadətindən, mərdliyindən bəhs edib, onların keçdiyi şərəfli yolun gələcək nəsillərə örnək olduğunu bildirib. Daha sonra ADMİU nəzdində Humanitar Kollecin müharibə iştirakçıları və qaziləri müharibənin ilk günlərindən baş vermiş çətin anları, keçdikləri şərəfli yolları müəllim və tələbə kollektivi ilə bölüşüblər. Sonra ADMİU nəzdində Humanitar Kollecin tar müəllimi, ikinci Qarabağ müharibəsi iştirakçısı Fərid Atazadə, kamança müəllimi Fərrux Həşimli, tələbə Rızvan Tarverdiyevin müşayiətilə xanəndəlik ixtisası üzrə müəllim Yaqut Xəlilzadə "Ananın səsi" mahnısını ifa edib. Bədii yaradıcılıq ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Hidayət Kərimli, Aysu Qarayeva, 1-ci kurs tələbələri Sahil Məmmədov, Nuray Əliyevanın ifasında isə kollecin 3-cü kurs tələbəsi Pərviz Qurbanlının müəllifi olduğu "Bilinsin" şeiri səsləndirilib. Tədbir zamanı kollecin foyesində zəfər tariximizi kağız üzərində canlandıran "Təsviri incəsənət ixtisası" tələbələrinin rəsm əsərləri də nümayiş olunub.


KOLLECİN KOLLEKTİVİ ŞUŞADA OLUBLAR


ADMİU nəzdində Humanitar Kollecin kollektivi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada olublar. 18-26 sentyabr tarixlərində baş tutan festivalda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO