sonnoqte.az
Xəbər başlıqları
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 

Fəxrəddin Məmmədov: Xətai rayonunda iməcilik keçirilib

19-12-2022, 13:01 136 dəfə baxılıb



Xətai rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Fəxrəddin Məmmədov - Xətai rayonunda Cavanşir və Ceyhun Həsənov küçələrində ağacəkmə aksiyası keçirilib



Dekabrın 17-də  Xətai rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev iştirak edib. Aksiyada rayonun Cavanşir və Ceyhun Həsənov küçələrində 1000 ədəd ağac əkilib.
Yaşıllıq zolaqlarının genişlənməsi ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Xətai rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.














Xətai rayonunda iməcilik keçirilib



17.12.2022-ci il tarixdə Xətai rayonunda təmizlik və abadlıqla bağlı iməcilik keçirilib.

İməcilik çərçivəsində parklarda, bağlarda, abad həyətlərdə abadlıq və təmizlik işləri aparılıb, yaşıllıqlar suvarılıb, eyni zamanda küçə və prospektlərdə yolkənarı səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, tullantı konteynerləri yuyularaq təmizlənib. İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. 

Hazırda rayon ərazisində ayrı-ayrı ünvanlarda abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.




















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO