sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Əvəz Qocayev: Arzuların gerçək olması üçün əzmkarlıqla çalışırıq VİDEO

23-11-2022, 11:54 135 dəfə baxılıb

Əvəz Qocayev: YAP 30 ildə xalqın böyük inamını və etimadını qazanıb



Xətai rayonunda Cavanşir küçəsi əsaslı təmir edilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev - Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib. 

Sözügedən küçə deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 
Ardıcıllığa uyğun şəkildə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də icra olunub.  
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb. 
Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçələrin təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq. 
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2021-ci ildə isə 14.2 km uzunluğa malik küçədə təmir işləri aparılıb. 
 
YOLUNUZ AÇIQ OLSUN...



2022-ci ilin yanvar-noyabr aylarında 68 637 müxtəlif növ ağac və kol bitkisi əkilib


Ekoloji balansın bərpası, ətraf mühitin qorunmasıatmosferin oksigenlə zənginləşdirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.

Bu istiqamətdə agentlik tərəfindən avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafının təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir.
Belə ki, avtomobil yollarının təhkim zolağında 2022-ci ilin yanvar-noyabr aylarında 68 637 müxtəlif növ ağac və kol bitkisi əkilib. 
2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərin sayı isə ümumilikdə 258 157-dir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 399 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18.8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 274 924 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 121 346 ağac və kol bitkisi yetişdirilir. 
 
YOLUNUZ AÇIQ OLSUN...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO