sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 

LƏNKƏRANDA YAZIÇI-OXUCU GÖRÜŞÜ

7-09-2022, 09:42 217 dəfə baxılıb




06.09.2022-ci il tarixində Yayım Assosiasiyasının təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında dedektiv-yazıçı Elbrus Kəlbiyevin oxucularla görüşü keçirilmişdir. Görüşdə rayonun bütün kitabxana əməkdaşları, ziyalılar və çoxsaylı oxucular iştirak etmişlər. Tədbirin başlanğıcında Bakıdan gələn qonaqları salamlayan Mərkəzi Kitabxananın direktoru Nuranə Nəsirova Elbrus Kəlbiyevin kitablarının oxucular tərəfindən sevilərək oxunduğunu qeyd etdi.  Görüşün təşkilatçısı Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov Bu il yazıçı-oxucu görüşlərinin müxtəlif regionlar üzrə üç mərhələdə keçirəcəklərini bildirdi. İlk mərhələdə bolgələrdə yerli yazarlarla görüşlərin təşkili, ikinci mərhələdə mərkəzdən yazarların bölgələrdə görüşlərinin təşkili və nəhayət üçüncü mərhələdə bölgələrdə tanınan yazışıların paytaxtda görüşlərinin təşkili. Biz hazırda nəzərdə tutduğumuz layihənin ikinci mərhələsindəyik. Yəni məqsədimiz paytaxtda yazıb yaradan tanınmış şair və yazıçıların bölgələrdə görüşlərini həyata keçiririk. 
Sonra Y. Zeynalov sözü biri-birindən maraqlı beş dedektiv roman müəllifi Elbrus Kəlbiyevin həyat və yaradıcılığı  haqqında görüş iştirakçılarına məlumat verdikdən sonra sözü Elbrus Kəlbiyevə verdi. E. Kəlbiyev Bakı, Gəncə, Lerik, Sumqayıtdan sonra Lənkəran oxucuları ilə görüşdən məmnun olduğunu bildirərək yaradıcılığı haqqında oxucularına məlumat verdi.  
Görüşdə qonaq qismində iştirak edən ziyalılar, Etiram Miriyev  şair-jurnalist Mubariz Süleymanlı, Lənkəran şəhər 4 saylı məktəbin direktoru Mirzəxan Məmiyev yazıçı-oxucu görüşlərinin vacibliyindən, E. Kəlbiyevin yaradıcılığı haqqınha danışaraq bu göüşün təşkilatçısı olan Yayım Assosiasiyasına və bu təşkilatın rəhbəri Yaşar Zeynalova minnətdarlıqlarını bildirdilər. 
Sonra bir saata yaxın oxucu suallarına cavab verən müəllif ən fəal oxucularına imzalı kitablarını hədiyyə edərək onlarla xatirə olaraq şəkil çəkdirdi.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO