sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

Ermənistanla Belarus arasında vəziyyət gərginləşdi: Səfir geri çağırıldı

13-06-2024, 13:27 7 dəfə baxılıb

Ermənistanla Belarus arasında vəziyyət gərginləşdi: Səfir geri çağırıldı



İrəvan Minskdəki səfirini geri çağırıb, Paşinyan isə Lukaşenkodan üzr istəməsini tələb edib.

 Ermənistan Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb.

Bu barədə məlumat verən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan Qarabağ müharibəsi ilə bağlı dediyi sözlərə görə üzr istəməsini tələb edib.

Paşinyan bildirib ki, Aleksandr Lukaşenko Belarusun rəhbəri olduğu müddətdə heç vaxt Belarusa getməyəcək. Bu qərara səbəb kimi, o, Aleksandr Lukaşenkonun 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, "Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını” söylədiyi fikri göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO