sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Yazıçı-publisist, prezident təqaüdçüsü Hacı Qəni Camalzadənin oxucularla görüşü və imza günü keçirildi

16-12-2023, 13:53 114 dəfə baxılıb



15 dekabr 2023-cü il tarixdə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin akt zalında AYB Lənkəran Bölməsinin və Kitabxananın birgə təşkilatçılığı ilə yazıçı-publisist, prezident təqaüdçüsü Hacı Qəni Camalzadənin oxucularla görüşü və imza günü keçirildi. Müharibə veteranı olan yazıçı bir qrup qələm dostları ilə tədbirdən əvvəl Şəhidlər xiyabanına, İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun heykəli önünə və Soyqırım abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq şəhidlərin xatirəsini yad etdilər. 
Tədbiri AYB Lənkəran Bölməsinin sədri yazıçı Qafar Cəfərli açdı.O, tanınmış yazıçı Hacı Qəni Camalzadənin ömür yolu və yaradıcılığı haqqında giriş nitqini söyləyəndən sonra ətraflı məruzə etmək üçün  sözü Əməkdar jurnalist  İdris Şükürlüyə verdi. İdris Şükürlü Hacı Qəni Camalzadənin yaradıcılığı haqqında ətraflı çıxış edib, yazıçının qələmə aldığı romanlar barədə ayrı-ayrılıqda geniş məlumat verdi. Sonra digər iştikçılara söz verildi. AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi şair Ağamir Cavad, şairlərdən Xatirə Xatun, Ziyafət Yəhya, Əyyub Türkay, yazıçı Eldar Tahirov, Əməkdar məşqçi İdrak Dadaşov, Milli Qəhrəman atası Ələkbər Əliyev, Vətən Müharibəsi veteranları ictimai birliyinin sədr müavini Saleh Dostiyev və başqaları çıxış edərək yazıçı haqqında ürək sözlərini söyləyib, onun özünəməxsus, orijinal bir yazıçı olduğunu bildirdilər. Satirik və yumorik hekayələrindən söz açıb həyat həqiqətlərini ustalıqla bədiiləşdirən məhsuldar bir qələm sahibi olduğunu qeyd etdilər. 
Sonda söz Hacı Qəni Camalzadəyə verildi. O, yaradıcılıq planlarından danışıb, oxucuların çoxsaylı suallarını cavablandırdı və tədbirin təşkilatçılarına, iştikçılara,  zəhməti olan hər kəsə minnətdarlığını bildirdi. Tədbiri bölmənin sədri Q.Cəfərli yekunlaşdırdı. Sonda xatirə şəkilləri çəkildi.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO