sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Vəliyulla Alışov: Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın ən ülvi arzusunun reallaşması idi

15-11-2022, 09:55 170 dəfə baxılıb

Havası loğman, suları məlhəm Lerik - Uşaq Bilik Portalı

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lerik Telekommunikasiya Qovşağı - ATS-in rəisi Vəliyulla Alışovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Telekommunikasiya Qovşağı - ATS-in rəisi Vəliyulla Alışovdur.

Lerik Telekommunikasiya Qovşağı - ATS-in rəisi Vəliyulla Alışov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vəliyulla Alışov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik Telekommunikasiya Qovşağı - ATS-in rəisi Vəliyulla Alışova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lerik Telekommunikasiya Qovşağı - ATS-in rəisi Vəliyulla Alışov - Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın ən ülvi arzusunun reallaşması idi. Ancaq o dövrki hakimiyyətin yarıtmaz faliyyəti və Ermənistanın xarici qüvvələrin dəsdəyi ilə Azərbaycana hərbi təcavüzü əldə edilmiş dövlət müstəqilliyimizi sual altına almışdır. Belə bir çətin dövürdə xalqımızın Ümummillli Lideri Heydər Əliyev xalqımızın təkidli tələbi və çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdmağa razılıq verdi və siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə Respubilkada mövcud olan hərcmərcliyi aradan qaldırdı, ictimai-siyasi sabitliyi təmin etdi, ayrı-ayrı siyasi qüvvələrə xidmət edən başıpozuq silahlı dəstələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırdı və Ermənistanın silahlı qüvvələrinə döyüş meydanında tutarlı zərbələr endirməklə atəşkəsə razılıq vermələrinə məcbur edə bildi. Kənar qüvvələrin güclü təzyiqlərinə baxmayaraq Azərbaycanın inkişafını təmin etmək məqsədilə 20 sentyabr 1994-cü ildə  Böyük  Neft Kontraktının imzalanmasına nail ola bildi.

Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq fitri qabiliyyəti, böyük dövlətçilik təcrübəsinə əsaslanaraq müasir dünyaya inteqrasiya edə biləcək Azərbaycanın müstəqil dövlət olaraq modelini müyyənləşdirdi. Eyni zamanda müasir dünyanın qəbul edə biləcəyi qanunvericilik bazasını formalaşdırmaq istiqamətində qətiyyətli qərarlar qəbul etdi. Müstəqil Azərbaycanın qanunvericiliyinin əsasını təşkil edən “ana qanun” adlandırılan Konstitusiyanın qəbul edilməsi üçün mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin məqsədi bu idi ki, bütün sahələrdə münasibətləri tənzimləyən, dövlət idarəetmə sistemindən tutmuş beynəlxalq münasibətlərin əsaslarını özündə ehtiva edən bir Konstitusiya layihəsi hazırlansın və xalqın müzakirəsinə çıxarılaraq qəbul edilsin. Bunun üçün isə hüquq sisteminin müxtəlif sahələri üzrə yüksək peşakarların təmsil olunduğu xüsusi komissiyanın yaradılmasına ehtiyac var idi. Yuxarıda qeyd olunanları nəzərə alaraq Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyanın layihəsinin hazırlanması məqsədi ilə özünü sədri olduğu xüsusi  komissiyanın yaradılması haqqında Sərəncam imzaladı və bu komissiya mütamadi toplaşaraq Konstitusiya layihəsini müzakirə etdi və mükəməl bir sənəd kimi xalqın müzakirəsinə çıxardı. 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respubilkasının müstəqil dövlət olaraq ilk Konstitusiyası qəbul edildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO