sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

“Şıx” sanatoriyası ən son komfort təsəvvürlərinə tam cavab verir

10-09-2024, 11:22 19 dəfə baxılıb




“Şıx” sanatoriyasının baş həkimi Gültəkin Süleymanova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Gültəkin Süleymanovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Gültəkin Süleymanova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Şıx” sanatoriyasının baş həkimi Gültəkin Süleymanovanın biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” dənizkənarı balneoloji kurortu ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 10 km aralıqda, Bibi-Heybət qəsəbəsində yerləşir.



Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizlərə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.







Müalicə
Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.

Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.

Tibbi göstərişlər
- Artritlər və poliartritlər (qeyri-vərəm mənşəli)
- Revmatoidli artrit (remissiya dövrü)
- Xroniki mialgiya
- Kontrakturalar
- Poliosteoartrozlar, deformasiya edici artrozlar
- Yayılmış osteoxondrozlar
- Ankilozlaşan spondiloartritlər
- İşalqik ağrılar, bel-omba radikuliti
- Podaqrik artrit – sidik turşulu diatez

Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Bədxassəli şişlər
- Vərəm xəstəliyi (aktiv formada)
- Kaxeksiya
- Zöhrəvi xəstəliklər
- Kəskin irinli və iltihabi xəstəliklər
- Tez-tez təkrarlanan profuz qanaxmalar
- Ruhi xəstəliklər (kəskinləşmə dövründə)
- Şəkərli diabet (ağır formada)
- Ürək-qan dövranı xəstəlikləri (II və III mərhələ)
- Anevrizmalar
- Qan xəstəlikləri (kəskinləşmə dövründə)
- Hipertoniya xəstəliyi (III mərhələdə)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Balneoloji müalicəxana (təbii mineral su təchizatı ilə)
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası

Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.


















İstirahət
Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir.

Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannalar və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kafe və çayxana fəaliyyətdədir. Sanatoriya həmçinin müxtəlif məişət xidmətləri göstərilir.



















Yerləşmə baxımından sanatoriya 100 çarpayı və hər cür şəraitli bir və ikinəfərlik nömrələrə malikdir.
Sanatoriya-kurort mərkəzinə putyovkanın (yollayışın) qiyməti:

"Şıx” sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə (yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla) adambaşına düşən təqribi ödənişlər:

Qrafik №Otaqların kateqoriyalarıQiymət1 nəfərlik   yerləşmə2 nəfərlik yerləşmə
(hər nəfərə)
 Korpus   № 1  1Şəraiti olan 2 yerli  yataq  otaqları1620,141115,102aŞəraiti olan 2 yerli yataq otaqları (5-ci mərtəbə dəniz tərəf)1720,441165,842Şəraiti olan 2 yerli yataq otaqları ( dən.tər)1720,441165,844Şəraiti olan 1yerli yataq otaqları1270,86   -1Şəraiti olan 1yerli yataq otaqları ( dəniz tərəf)1344,02   -
Sanatoriyaya putyovkaları (yollayışları) əldə etmək üçün "Kurort” qapalı səhmdar cəmiyyətinin putyovkaların (yollayışların) satışı şöbəsinə (əlaqə nömrəsi: (+99412) 496 46 13) və yaxud "Şıx” sanatoriyasına (əlaqə nömrələri: (+99412) 581 22 70, (+99412) 581 19 85) müraciət edə bilərsiniz.

"Kurort” səhmdar cəmiyyətində siz putyovkaları (yollayışları) həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesablaşma hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilərsiniz.

İmtiyazlı şəxslər putyovkaları (yollayışları) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:
- İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə
- Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə

"Kurort” qapalı səhmdar cəmiyyətinin sanatoriyalarına putyovka (yollayış) əldə etmək üçün
- "Bilgəh” kardioloji sanatoriyası
- "Abşeron” mədə-bağırsaq sanatoriyası
- "Qaranquş” uroloji sanatoriyası
- "Günəşli” nevroloji sanatoriyası
- "Şıx” sanatoriyası (dayaq-hərəkət xəstəliklərinin müalicəsi)

İmtiyazlı şəxslər putyovkaları (yollayışları) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:
- İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə və ya fəaliyyət göstərdiyi sahə üzrə müvafiq həmkarlar ittifaqına;
- Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə;
- Əlillərin sosial müdafiəsi fondlarına.






















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO