sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Tarıyel Yaqubov dövlətimizə şərəfli xidmət edir

22-08-2024, 14:48 79 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubovdur.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Tarıyel Yaqubov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

 Tarıyel Yaqubov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tarıyel Yaqubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tarıyel Yaqubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Tarıyel Yaqubov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Tarıyel Yaqubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Tarıyel Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Tarıyel Yaqubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Tarıyel Yaqubov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Tarıyel Yaqubov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Tarıyel Yaqubovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tarıyel Yaqubov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tarıyel Yaqubov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Tarıyel Yaqubov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Tarıyel Yaqubovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Tarıyel Yaqubov özünü doğruldub. Bizdə hörmətli Tarıyel Yaqubovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə regionlarda yaşayan gənclərin dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin edilməsi məqsədi ilə hər il ənənəvi olaraq “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçirilir. 15 avqust 2024-cü il tarixdə Neftçala rayonunda Bankə qəsəbə 2 saylı tam orta məktəbində rayonda ərazisində fəaliyyət göstərən gənclər təşkilatlarının, Neftçala Peşə Məktəbinin, aidiyyəti idarə və müəssisələrin məsul şəxslərinin, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin, istedadlı gənclərin, fəal məktəblilərin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsinin açılış tədbiri keçirilib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Vasif Əliyev,  Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ülvi Adıgözəlov, Vətən müharibəsi qazisi Yusif Abdullayev bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, gənc nəslin inkişafı naminə qəbul edilən proqramlar, onların sağlam mənəvi-ideoloji baxımdan daha da yetkinləşməsinə xidmət edən geniş tədbirlərin görülməsi, hərbçi gənclərimizin göstərdiyi şücaətlər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğı, həmçinin Neftçala rayonunda da rayon rəhbərinin dəstəyi ilə gənclərin potensialının inkişafını şərtləndirən bir çox layihələrin icra olunduğu qeyd edilib. Çıxışçılar bildiriblər ki, Azərbaycan gəncliyi cəmiyyətimizin inkişafında, dövlətimizin və müstəqilliyimizin möhkəmlənməsi proseslərində yaxından iştirak edir və ölkəmizin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Eyni zamanda qeyd olundu ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində cari ilin iyul-oktyabr aylarında hər həftə 5 gün olmaqla, ölkənin 11 ərazi vahidində 100-dən çox kənddə yaşayan 5000-ə qədər gənc əhatə edilərək xidmət göstərilməsi nəzərdə tutulub.
Çıxışlardan sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən C.İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya təqdim olunub.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Layihə çərçivəsində tədbirlər Neftçala rayonunda avqust ayının 19-dək davam edəcəkdir.
   Məlumat üçün bildiririk ki, tədbirlərin davam etdiyi müddət ərzində ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də, bir sıra tərəfdaş qurumların nümayəndələri ilə gənclərin görüşlərinin təşkil olunması, “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyalarının, robototexnika, rəsm çəkmə,3D printer və qələm, qədim peşə (tətbiqi şəbəkə sənəti) üzrə masterklasslar, müxtəlif intellektual yarış və oyunlar  keçirilməsi, STEAM formatlı innovativ sərginin təşkili və s. nəzərdə tutulub.
Tədbirin sonunda iştirakçılar regionlarda belə bir səyyar xidmətin təşkilinə görə rayon gəncləri adından təşəkkürlər bildirilib.















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO